Düşünürəm ki, 2019-cu ilin yayı əbədi olaraq qəlbimdə qalacaq. Belə qısa müddətdə o, mənə 15-dən çox ölkədən dostlar bəxş etdi. İndi mənim İspaniya, İordaniya, Tayvan, Rusiya, Slovakiya, Latviya və s. ölkələrdən dostlarım var. Yay bitdi, amma ünsiyyətimiz bitmədi. Bunun sübutu bizim daimi çatlarımızdır, hətta onlardan birinin qonağı da olmuşam. Taylandlı bir oğlan məni öz mədəniyyəti ilə tanış etdi, dadlı, ənənəvi yeməklərlə qonaq etdi. Və beləcə anladım ki, Work and Travel USA proqramı mənim üçün iş və səyahətdən daha çox, insanlar və ünsiyyət haqqındadır. Bu tanışlıqlar və dostluq sayəsində əhatəm genişləndi, ziyarət etmək istədiyim ölkələr siyahısına təkcə ölkələrin özü deyil, dostlarımın olduğu konkret şəhərlər də daxil oldu. Əvvəllər bütün insanların fərqli olduğunu düşünəndə, onların nə qədər fərqli ola biləcəyini təsəvvür belə edə bilmirdim. Amerika və bu proqram sayəsində məndə səyahət etmək həvəsi yarandı. Xəyallarımda daha sərbəst oldum, indi hətta böyük məqsədlər qoymaqdan qorxmuram, çünki bütün qəlbimlə inanıram ki, onların hamısı mütləq gerçəkləşəcək. Böyük Paulo Koelyonun dediyi kimi: "Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün Kainat istəyinin yerinə yetməsi üçün sənə kömək edəcək". Bununla sadəcə təşəkkür etmək istəyirəm. Yayın bu üç ayı dünya görüşümü dəyişdi və mənə ömrümün sonuna qədər istifadə edəcəyim böyük bir dərs verdi.


+2