29 aprel, 2014-cü il. Gündüz saat 11 radələri. Astana. Amerika konsulluğu. Qazaxlar və amerikalılar arasında dialoq davam edir. Görünür, onlar bir-birləri ilə yaxşı yola gedirlər. Bütün tələbələr şən halda çıxırlar. Bəs mən buradan necə çıxacağam...? Maraqlı sualdır... Bir neçə dəqiqə əvvəl qulaq ağırlığı səbəbindən sualı səhv eşidib, səhv cavab verməkdən qorxan mənə, cəmi bir neçə saniyə əvvəl dediyim yalan narahatlıq yaratdı. Bizim beynimizə yeridilən viza üçün üçüncü qaydaya görə: «Konsulu heç vaxt aldatmaq olmaz». Lakin mən bu qaydanı pozmağa məcbur oldum. İndi kaş ki, konsul bunu hiss etməsin... Məndən müsahibə alan oğlan da mənim kimi eynək taxıb. «Bəlkə eynək taxan, eynək taxanı yıxmadan keçirib göndərər» deyə bir fikir gəldi başıma. Sonra özüm də bir gün belə bir vəzifədə oturacağımı düşündüm. Diplomatik işçi olmaq mənim həmişə xoşuma gəlirdi. Bunun üçün ilk növbədə dil öyrənmək lazım idi. Bu məqsədlə məktəbi bitirmədən, 9-cu sinfi bitirən kimi ingilis dilini yenidən sıfırdan öyrənmək üçün kollecə yollandım. Mənim bu qərarım bir çox insanlara göydən düşmüş kimi təsir etdi. Məni gələcəkdə tarix müəllimi olacaq deyə hesablayan çoxluq əvvəlcə bunu zarafat kimi qəbul etdi, sonra isə mənim seçimimi anlaya bilməyib başları qarışdı. «İngilis dilindən heç nə anlamayan uşaq ingilis dili müəllimi olacağam deyirmi? Nə qədər gülməlidir. Sabah 1-2 aydan sonra oxuya bilməyib qayıdıb gələcək...» - bax, o vaxt bir çox insanlar mənim haqqımda belə düşünürdülər. Bunun sirrini özümdən başqa heç kim bilmirdi. Bu vaxta qədər heç kimin bilmədiyi böyük sirri aradan 7 il keçdikdən sonra sizlərə açıram. «Ola bilsəm diplomat olaram, ola bilməsəm müəllim və ya tərcüməçi olaram. Necə olursa olsun, dil bilən insan yerdə qalmaz!» - bu məqsədlə ingilis dilini seçdim və bu yolun düzgünlüyünə əmin oldum. Mənim diplomatiyaya, həm də siyasətə olan marağımı artıran daha bir şey – Qasım-Jomart Tokayevin «Belasu» adlı əsəri oldu. 2011-ci ildə uşaqların istirahət düşərgəsində tərbiyəçi kimi işləyib, ilk maaşıma bu kitabı almışam. Çox gözəl kitabdır, lakin onun bunu özünün yazdığına inanmaq çətindir. Bəlkə də özü yazsa, özü yazmışdır. Necə olsa da, tanınmış yazıçının oğludur. Həmin kitabında Qasım-Jomart bir vaxtlar Sovet İttifaqının Sinqapurdakı səfirliyində işlədiyini yazır. O da indi mənim qarşımda duran amerikalı kimi viza vermə məsələləri ilə məşğul olub. Bir gün viza almağa gələn bir şəxsə (unutmasam, Avstraliya vətəndaşı olmalıdır) zarafatla qulağına rusca bir şey deyib. Görünür, Tokayevi yerli sinqapurlu hesab edib, onun rusca danışmağından həmin adam qorxub. Qalın şüşənin o biri tərəfində duran amerikalı konsula baxaraq bu hadisəni xatırladım. «Bu adam da mənə bir şey deyib zarafat etməzmi...? Amerikalılar zarafata yaxındırlar...» Beləcə, hər şeyi düşünərkən, müsahibə alan növbəti sualını da verməyə macal tapdı. Bəxtsizlikdən, bu sualı bir neçə saniyə əvvəl mənim yalan cavab verdiyim sualın davamı ola bilərdi: - Can you cook «Beshbarmak»? - Yes, of course! – bu suala da cavabın necə avtomatik şəkildə ağzımdan çıxdığını anlamadım. Oh, mon Dieu! İndi «Beşbarmaq» necə hazırlanır deyə soruşsa, nə deyim? Mən onun necə hazırlandığını haradan bilim? Ömrümdə hazırlamadığım bir şey. Yaxşı, ət, xəmir və kartofu qatıb bişirirlər deyərəm, amma hazırlanma prosesini soruşsa, nə cavab verim? Birinci nəyi qoyurlar, ikinci nəyi qoyurlar haradan bilim...? Bu qədər aldatdığım bəsdir! Bundan sonra konsulu aldada bilmərəm. Bununla ikinci dəfə yalan danışdım. «Məni yıxacağı dəqiqdir. Bitdi artıq, arzunla vidalaş! – Qoy, yox, dayan! Hələ heç nə məlum deyil!» - Mən öz fikrimlə mübarizə aparırdım. Konsul hətta mənim üzümə də baxmadı. Qarşısına gələn kimi bir göz atdı, sonra «In America?» deyə özünə qaytarıb soruşanda bir baxdı, vəssalam. Bütün suallarını aşağıya baxaraq, kağızlarını vərəqləyərək verdi. Gah kompüterə baxır, gah kağızlarına. Qarşısında duran mənə baxmır. Baxmasa baxmasın! Yalan danışıb qızarmış üzümü görməsin! Beləcə, o, qarşısında yatan mənim tələbəlik sınaq


+2
